AZ

Enrike: "Telefonum "Barselona" azarkeşlərinin mesajları ilə dolub"

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike ötən gecə klublararası dünya çempionatının yarımfinalında “Real”a qalib gələrək (4:0) finala adlamaqlarından danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis tarix yazmağa yaxın olduqlarını deyib:

"Telefonum "Barselona" azarkeşlərinin mesajları ilə doludur. Bu, oyunun nə qədər vacib olduğunu göstərir. Biz klub üçün hər şeyimizi veririk. Biz də bilirik ki, "Real" necə komandadır. Belə oyunlar oynamaq həmişə çətindir. Biz oyun sürətimizi azaltmamışıq. Amma təbii ki, hava şəraitini, üç gün sonrakı finalı, zədə və yorğunluq riskini nəzərə alaraq, birinci məqsədimiz diqqətli olmaq idi. Amma biz heç bir şəraitdə dayanmamalıyıq. Öz məqsədimizə yaxınıq. Tarix yazmaq, sonra dincəlmək istəyirik”.

Xatırladaq ki, turnirin finalında PSJ “Çelsi” ilə qarşılaşacaq. Matç iyulun 13-də baş tutacaq.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr