AZ

Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb

2025-i ilin yanvar-iyununda Azərbaycanda pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-dən fiziki şəxslərə müvəkkil banklar vasitəsilə qaytarılan məbləğ 94 milyon manata yaxın olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Cari ilin yanvar-iyununda xarici vətəndaşlara Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği isə 4 milyon 889 min manat təşkil edib.

Seçilən
15
18
anews.az

10Mənbələr