AZ

Azərbaycanda bu il sənaye istehsalı 31 milyard manatı ötüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % az sənaye məhsulu istehsal edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 3,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 % artıb.

Sənaye məhsulunun 61,8 % mədənçıxarma sektorunda, 31,6 %-i emal sektorunda, 5,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 95,2 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 %, toxuculuq sənayesi məhsullarının istehsalı 29,7 %, qida məhsullarının istehsalı 12 %, kimya sənayesi məhsullarının istehsalı 11,7 %, tütün məmulatlarının istehsalı 6,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,4 %, maşın və avadanlıqların istehsalı 3,5 %, içkilərin istehsalı 2,4 % artıb, elektrik avadanlıqlarının istehsalı 0,7 %, neft məhsullarının istehsalı 1,2 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 %, mebel istehsalı 3,1 %, hazır metal məmulatlarının istehsalı 3,6 %, tikinti materiallarının istehsalı 5,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 9,5 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 15,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,8 %, kağız və karton istehsalı 23,2 %, poliqrafiya məhsullarının istehsalı 27,1 %, geyim istehsalı isə 41,7 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,8 % artıb.

Seçilən
5
10
ikisahil.az

10Mənbələr