Dünən gecə saatlarında metronun "İçərişəhər" stansiyasının yaxınlığında 14 yaşlı oğlan skuterlə hərəkətdə olarkən piyada qadını vurub.
Oxu.az-a danışan hadisə şahidinin sözlərinə görə, qadın üz nahiyəsindən xəsarət alıb, dişləri qırılıb.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dünən saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "İçərişəhər" stansiyasının yaxınlığından çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 46 yaşlı (qadın cinsli) şəxsə dodağın və ağız boşluğunun səthi travması diaqnozu ilə yerində tibbi yardım göstərilib".