Ankaranın 2026-cı il üçün Türk Dünyasının Turizm Paytaxtı olacağını açıqlayan Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ərsoy, Türk Dövlətləri Təşkilatı görüşlərini Rəsm və Heykəl Muzeyində təşkil edilən qəbulla yekunlaşdırıb.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Toplantısı çərçivəsində keçirilən görüşdə paytaxtın Türk Dünyası üçün mədəni və simvolik dəyəri bir daha vurğulanıb.
Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ərsoy yekun nitqində “Türkiyənin ürəyi, min illik tarixi ilə mədəniyyət, incəsənət və sivilizasiyanın paytaxtı Ankara Türk Dövlətləri Təşkilatı tərəfindən 2026-cı il üçün Türk Dünyasının Turizm Paytaxtı elan edilib”- deyə bildirib.
Ersoy Ankaraya verilən bu adın şəhərin öz tarixi və mədəni sərvətlərini türk dünyası ilə daha da dərindən paylaşmasına şərait yaradacağına inandığını bildirib.