ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ukraynada nizamlanmaya yeni yanaşmanı müzakirə edib və bu barədə Ağ Evin rəhbəri Donald Trampla danışmaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, ABŞ Xarici Siyasət Departamentinin rəhbəri Rusiya XİN rəhbərinin Kuala-Lumpurda keçirilən görüşdə nizamlanma ilə bağlı yeni ideyalar olub-olmaması ilə bağlı suala müsbət cavab verib.
“Düşünürəm ki, bu, yeni və fərqli yanaşmadır. Yenə də deyirəm, bunu sülhə zəmanət verən bir şey kimi xarakterizə etməzdim. Bu ideyanı bu gün ABŞ prezidentinə deyəcəyik",- deyə o qeyd edib. Rubio bildirib ki, bunu mətbuat konfransından dərhal sonra etməyi planlaşdırır.
Dövlət katibi yeni ideyanın nədən ibarət olması barədə açıqlama verməyib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.