
“Agentlik İranın nüvə proqramına münasibətini dəyişərsə, Tehran MAQATE ilə əməkdaşlığı bərpa edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bu əməkdaşlığın davam etdirilməsi MAQATE-nin nüvə dosyesinə ikili münasibətini dəyişib-dəyişdirməməsindən asılıdır. İrana qarşı hər hansı təkrar təcavüz sizi peşman edəcək daha sərt cavabla qarşılaşacaq”, - Pezeşkian deyib.
Qeyd edək ki, iyulun 2-də İran Prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunun tətbiqi ilə bağlı fərman verib.