AZ

Laçında insan skeletinin qalıqları tapıldı - FOTO


Laçında insan skeletinin qalıqları tapılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qalıqlar rayonun Hoçaz kəndində aşkarlanıb.

Kənd sakini köhnədən qalma evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb.

Sümük qalıqları tapıldıqdan sonra ərazidə qazıntı işi görən sakin qazıntı işini saxlayıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
289
21
news24.az

10Mənbələr