AZ

Azərbaycanın daha bir rayonunda yasda ehsan verilməsi ləğv edilib

Saatlı rayonu və kəndlərində artıq bir müddətdir ki, yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, rayon ağsaqqalların ümumi qərarı ilə bu addım atılıb. Belə ki, yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub.

Qeyd edək ki, buna oxşar qayda ölkəmizin artıq bir neçə rayonunda tətbiq olunub.

Seçilən
19
41
avtosfer.az

10Mənbələr