Müğənni Nadir Qafarzadə mərhum qayınanasının vəsiyyətini yerinə yetirib.
Publika.az xəbər verir ki, sənətçi 84 yaşında həyatla vidalaşan Südabə xanımın “Mənə yas verməyin, o ehsanı ehtiyacı olan insanlara çatdırın” sözlərinə əməl edib.
Belə ki, ifaçı bir neçə gün öncə vəfat edən qayınanasının vəsiyyətinə uyğun olaraq Kəmalə Ağazadənin sığınacağına ehsan aparıb. (OLAY)