Böyük Britaniya, Fransa və Almaniyanın yer aldığı "Qətiyyətlilər koalisiyası"nın görüşü zamanı liderlər Ukraynada atəşkəs əldə edildikdən sonra ona əməl olunması üçün yerləşdiriləcək qüvvələrin komandanlıq strukturu ilə bağlı razılığa gəliblər.
Hafta.az "Yevropeyskaya Pravda"ya istinadən verdiyi xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Hərbi plan Parisdə keçirilmiş görüşdən sonra hazırlanıb. Parisdə Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi, bütün taktiki və əməliyyat tədbirlərinə nəzarət edəcək çoxmillətli əməliyyat qərargahı da yaradılacaq.
Koalisiya Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasından sonra vəzifələri də müəyyən edib: Ukrayna Silahlı Qüvvələrinə yardım, eləcə də havada və dənizdə təhlükəsizliyin təmin edilməsi.