AZ

Qallant Xameneiyə məktub yazdı: Biz hər yerdəyik

İsrailin keçmiş müdafiə naziri Yoav Qallant İranın Ali Rəbəri Əli Xameneiyə məktub ünvanlayıb.

Axar.az "Azad İran" Teleqram kanalı bu barədə İsrail KİV-ə istinadən məlumat yayıb.

O vurğulayıb ki, İsrail Əli Xameneinin hər addımını izləyir və ona başqa gizli nüvə proqramına başlaya bilməyəcəyi barədə xəbərdarlıq edib.

"Biz heç vaxt görüşməmişik, amma əminəm ki, bir-birimiz haqqında çox şey bilirik. Mən sizi təxminən otuz ildir tanıyıram və rəhbərlik etdiyiniz dövrdə hər bir mərhələni izləmişəm. Biz hər şeyi görürük və eşidirik, biz hər yerdəyik", - deyə Y.Qallant qeyd edib.

Seçilən
68
3
axar.az

4Mənbələr