Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda helikopter və termal kameranın qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd edilib ki, qəbul fəaliyyətləri tamamlanan T-70 çoxməqsədli helikopteri ilə “Dragoneye-2” termal kameraları inventara daxil olunub.