AZ

PSG Real Madridi 4-0 MƏĞLUB ETDİ

2025 FIFA Klub Dünya Çempionatının finalı müəyyənləşib. Paris Sen-Jermen (PSG), Nyu-Cersidəki MetLife stadionunda keçirilən yarımfinalda Real Madrid-i 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Bu barədə News24.az CNN-ə istinadən xəbər verir. 

Fabian Ruis (2 qol), Usman Dembelenin birinci hissədəki qolları və son dəqiqələrdə Qonsalu Ramosun vurduğu dördüncü qol PSG-yə inamlı qələbə qazandırıb.

PSG finalda Fluminense-ni məğlub edən İngiltərənin Çelsi klubu ilə qarşılaşacaq.

PSG bu mövsüm UEFA Çempionlar Liqasını da qazanıb və indi dünya çempionu olmaq şansı var.

Oyunda Real müdafiəsinin səhvləri erkən qollarla nəticələnib. Kilyan Mbappe isə sabiq klubuna qarşı səssiz qalıb.

Oyun həm də Luka Modriçin Real Madrid forması ilə son oyunu olub. 39 yaşlı ulduz 28 kubokla klub tarixinin ən titullu oyunçusu olaraq karyerasını AC Milan-da davam etdirəcək.


Xeyrənsə Piriyeva


Seçilən
25
1
news24.az

2Mənbələr