ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazır olduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib.
Diplomatın sözlərinə görə, Moskva bu prosesdə iştirakını 2020 və 2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalar əsasında həyata keçirməyə hazırdır.
“Rusiya Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması üçün öz töhfəsini verməyə, bu məqsədlə üçtərəfli razılaşmalar çərçivəsində səyləri davam etdirməyə hazırdır”, – deyə Qaluzin bildirib.
Xatırladaq ki, Rusiya rəsmiləri Azərbaycan və Ermənistan arasında aparılan ikitərəfli danışıqlara qarşı tənqidi mövqe sərgiləyir və prosesin yalnız Moskvanın iştirakı ilə uğurla nəticələnə biləcəyini iddia edirlər. Lakin proses artıq Moskvanın nəzarətindən çıxıb və Bakı–İrəvan xətti üzrə davam etdirilir. Bu isə 10 noyabr bəyanatının faktiki olaraq qüvvədən düşməsi anlamına gəlir.
Rasim
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.