Türkiyənin xarici işlər naziri Hakan Fidan Kuala Lumpurda Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli siyasi və iqtisadi məsələlərlə yanaşı müdafiə sənayesi sahəsindəki əməkdaşlıqlar da müzakirə olunub.
Qeyd edək ki, Hakan Fidan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri toplantısı çərçivəsində Kuala Lumpurdadır.