AZ

Məktəbli qız valideynlərini qətlə yetirib 6 ay polisdən gizləndi

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın Corciya ştatında 17 yaşlı Sara Qreys Patrik anası və ögey atasının qətlində ittiham olunur.

AzPost Fox 5 Atlanta-ya istinadən xəbər verir ki, bu hadisə altı ay əvvəl baş versə də, qız bu müddət ərzində özünü kədərlə yaşayan ailə üzvü kimi təqdim edərək polisin şübhəsindən yayınmağa nail olub.

Hadisə bu ilin fevralında baş verib. Patrik hüquq-mühafizə orqanlarına zəng edərək bildirib ki, bacısı valideynlərini evdə odlu silah yarası ilə ölü halda tapıb. Polis hadisə yerində qapıların zorla açılmadığını müəyyən edib, yalnız bir giriş qapısının açıq olduğu aşkarlanıb. Evdə heç bir əşya oğurlanmayıb.

Karroll dairəsinin şerif ofisinin nümayəndəsi Eşli Hallsinin sözlərinə görə, istintaq altı ay davam edib. Patrikin saxlanılması üçün kifayət qədər sübut toplanandan sonra polis əməliyyat keçirib. Qızın ailə üzvlərinin evlərində tez-tez qalması və müxtəlif şəhərlərdə yaşaması istintaqı çətinləşdirib.

Polis hesab edir ki, Sara Patrikin ailəsinin digər üzvləri də cinayətdə şübhəli ola bilər. Bu versiya hazırda yoxlanılır. Hüquq-mühafizə orqanları bütün ehtimalları nəzərdən keçirməkdə davam edir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azpost.info

2Mənbələr