Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub...
APA-nın Rusiya bürosu xəbər verir ki, sudan dezinteriya olanların sayının 372-yə çatdığı, onlardan 357-sinin uşaq olduğu bildirilib.
Qeyd olunub ki, artıq 23 uşaq ambulator müalicə üçün xəstəxanadan buraxılıb. 97 nəfər xəstəxanada qalır.
Dağıstan Respublikasının İstintaq Komitəsi Mahərrəmkənd rayonu bələdiyyə mənzil-kommunal təsərrüfatı müəssisəsinin direktorunun saxlanıldığını açıqlayıb. O, təhlükəli xidmət göstərməkdə şübhəli bilinir.
Poliqon.info