Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Moskvada yerləşən məşhur “Mıtişinski” bazarında bu gün səhər saatlarından etibarən Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri – OMON tərəfindən genişmiqyaslı əməliyyat həyata keçirilir.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
İddialara görə, əməliyyat əsasən Azərbaycan vətəndaşlarına və azərbaycanlı əsilli şəxslərə qarşı yönəlib.
Sosial şəbəkələrdə yayılan videolarda bazarın müxtəlif hissələrində saxlanılma anları və insanların avtobuslara dolduraraq naməlum istiqamətə aparması əks olunur.
Hadisənin tam təfərrüatları hələlik rəsmi qurumlar tərəfindən açıqlanmasa da, şahidlər bu əməliyyatın “miqrasiya qaydalarının pozulması” bəhanəsi ilə aparıldığını bildirirlər.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.