AZ

Rusiya kənd təsərrüfatı məhsullarının ixracını 13,7% azaldıb

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Rusiya 2025-ci ilin yanvar-may aylarında 15,3 milyard dollar dəyərində ərzaq məhsulları və kənd təsərrüfatı xammalı ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (17,7 milyard dollar) 13,7% azdır.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, Federal Gömrük Xidmətinin hesabatında yer alıb.

Hesabata görə, bu məhsulların idxalı 2024-cü ilin yanvar-may aylarında 14,8 milyard dollardan 13,9% artaraq 16,9 milyard dollara çatıb.

Rusiya aqrar-sənaye kompleksinin əsas ixrac məhsulları taxıl və paxlalı bitkilər, yağ və piy, o cümlədən balıq və dəniz məhsullarıdır.

Prezident kənd təsərrüfatı məhsullarının ixracının 2021-ci ilə nisbətən 2030-cu ilə qədər bir yarım dəfə artırılmasını tələb edib və 2030-cu ildə xaricə tədarüklər 55,2 milyard dollar səviyyəsində olmalıdır.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
bakivaxti.az

2Mənbələr