Demokrat.az xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov xalqlarımızın ortaq dini, tarixi və mədəni dəyərlərə əsaslanan qardaşlıq münasibətlərindən bəhs edib.
Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq əlaqələri bütün sahələrdə, o cümlədən hüquq və ədliyyə sistemində də daim inkişaf edir.
Görüşdə ölkəmizin məhkəmə sistemində aparılan islahatlar və hüquqi dövlət quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib. Həmçinin məhkəmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Məhkəmə sistemlərinin inkişafı, hüquq islahatları, hakimlərin tədrisi və ixtisasartırması sahələrində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib.
Pakistanın hüquq və ədliyyə naziri Azam Nazeer Tarar öz növbəsində səmimi qəbula görə təşəkkür edib və Azərbaycanla hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin iki ölkənin məhkəmə sistemləri üçün faydalı olacağını bildirib. Hüquq sahəsində bilik və təcrübə mübadiləsinin qarşılıqlı fayda verəcəyi vurğulanıb, bu istiqamətdə praktiki addımların atılmasının zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
10Mənbələr
-
azadmedia.azİnam Kərimov: Pakistanın məhkəmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensial mövcuddur » AzadMedia.az ( 19200682)
-
azadmedia.azİnam Kərimov: Pakistanın məhkəmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensial mövcuddur » AzadMedia.az ( 19199839)
-
baku.newsPakistan ədliyyə naziri Azərbaycanın Ali Məhkəməsində ( 19192033)
-
ictimairey.azAli Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirildi ( 19191151)
-
qafqazinfo.azPakistan ədliyyə naziri Azərbaycanın Ali Məhkəməsində - Fotolar ( 19190536)
-
demokrat.azPakistanın ədliyyə naziri Azərbaycanın Ali Məhkəməsində — FOTO ( 19190191)
-
cebheinfo.azAli Məhkəmədə Pakistan naziri ilə görüş - FOTO ( 19189618)
-
musavat.comAli Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirildi ( 19189603)
-
operativmm.azİnam Kərimov: Pakistanın məhkəmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensial mövcuddur ( 19188586)
-
qafqazinfo.azPakistanın ədliyyə naziri Azərbaycanın Ali Məhkəməsində oldu Fotolar ( 19187950)