Düzgün ara məsafəsi saxlamayan minik avtomobili və moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib.
Polis əməkdaşları tərəfindən qəza iştirakçıları yoldan kənarlaşdırılıb və sıxlığın qarşısı alınıb.