AZ

Ukrayna münaqişəsilə bağlı yeni yanaşma: Nəzərlər Trampa yönəlib (ŞƏRH)

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Tərəflər atəşkəsdə maraqlı deyil. Rusiya işğalçılıq siyasətinə son qoymaq barədə düşünmür".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Malaziyada Rusiya XİN rəhbərilə ABŞ dövlət katibi arasında görüşdə Sergey Lavrovun Marko Rubioya Ukrayna münaqişəsilə bağlı yeni yanaşmanı təqdim etdiyi barədə məlumatı şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, belə bir məlumat təsdiqini tapsa belə, bu, Kremlin yeni strategiyasının xəbərçisi olmayacaq. Çünki söylənilən yeni yanaşmanın detalları məlum deyil:

"Amma onu deyə bilərəm ki, nə Rusiya, nə də digər tərəflər hazırda Ukraynada müharibənin dayandırılmasında maraqlı deyillər. Bütün maraqlı tərəflər hələlik problemdən çıxış yolunu müharibənin davam etdirilməsində görürlər. Xüsusən də Rusiya bunu istəyir. Bu əsasda onlar cürbəcür formatlar və s. təklif edə bilərlər. Amma əslində bunlar real olaraq sülhə aparacaq təkliflər deyil. Vaxtilə Qarabağ məsələsində olduğu kimi. Uzun illər bu istiqamətdə cürbəcür təşəbbüs və təkliflər verildi. Ancaq son olaraq məsələ masa arxasında deyil, başqa formada bitdi".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə Malaziyadakı görüşdə ona Ukraynada nizamlanma üzrə yeni yanaşmanı təqdim edib. Rubio bu barədə prezident Donald Trampı məlumatlandıracağını bildirib. 

Dövlət katibinin fikrincə, Rusiyanın təklifi fərqli yanaşmadır: "Düşünürəm ki, bu, yeni və fərqli yanaşmadır. Yenə də deyirəm, mən bunu sülhü təmin edən bir təklif kimi xarakterizə etməzdim. Biz bu ideyanı bu gün ABŞ prezidentinə deyəcəyik". 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr