AZ

İsrailin qırıcıları ilə bağlı xəbərlər saxta idi İran mediası geri çəkildi

Sitat.info saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin hərbi hava qüvvələrinin İrana hücumu zamanı İran İsrail qırıcılarını vurmayıb.

Sitat.info  xəbər verir ki, bu barədə İran televiziyasında deyilib.

“Qırıcının vurulması və İsrailin qadın pilotunun əsir götürülməsi haqda informasiyaların yayılması İran tərəfinin yaydığı xəbərləri etibarsız etmək məqsədi daşıyırdı”, - canlı verilişdə bildirilib.

İran televiziyasının eksperti bu tip informasiyaların təxribat xarakterli olduğunu və düşmən qüvvələr tərəfindən dövriyyəyə buraxıldığını söyləyib.

Qeyd edək ki, İsrailin iki F-35 təyyarəsinin vurulması və bir qadın pilotun əsir götürülməsi barədə İranın rəsmi dövlət mediası, o cümlədən “Tasnim”, “Mehr” və digərləri məlumatlar yaymışdılar.

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
397
50
sitat.info

10Mənbələr