AZ

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyanı əsas təhlükə adlandırıb

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyerri Burkar bəyan edib ki, Rusiya Fransa üçün əsas təhlükədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Burkar Parisdə keçirdiyi mətbuat konfransında deyib.

"Bu, demək olar ki, hər cəhətdən təhlükədir. Bu, sabit, yaxın və mənim fikrimcə, miqyasına görə ən əhəmiyyətli təhlükədir. Əvvəla, Rusiya həm adi, həm də nüvə silahları baxımından real hərbi gücdür", - deyə onun çıxışı "X" səhifəsində yayımlanıb.

Burkar eyni zamanda qeyd edib ki, "Fransa coğrafi mövqeyinə və nüvə silahına malik olmasına görə ən böyük təhlükə altında olan ölkə deyil".

O, həmçinin “Rusiya ilə hərbi xətt üzrə əlaqə saxlamağın zəruriliyini” etiraf edib. Lakin Baş Qərargah rəisinin sözlərinə görə, “belə təmaslar texniki səviyyədə həyata keçirilir və bu, gərginliyi azaltmaq üçün kifayət etmir”.

Rusiya Xarici İşlər Nazirliyi: “Rusiya heç vaxt Fransanı təhdid etməyib, əksinə, iki dünya müharibəsində ona öz müstəqilliyini və suverenliyini müdafiə etməyə kömək edib”, - deyə Burkarın çıxışına münasit bildirərkən qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
50
icma.az

10Mənbələr