Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İsrail ordusunun bu gün Qəzza zolağını bombalaması nəticəsində azı 7 nəfər həlak olub. Bu barədə Qəzzanın Mülki Müdafiə Agentliyi məlumat yayıb. Bildirilir ki, ölənlərdən 5-i uşaqdır və onlar sığınacağa çevrilmiş məktəb binasında olublar.
Agentliyin məlumatına görə, işğalçıların 21 aydan artıq davam edən təcavüzü nəticəsində Qəzza sakinlərinin əksəriyyəti ən azı bir dəfə evlərini tərk etmək məcburiyyətində qalıb. Ağır humanitar şərait səbəbindən insanlar məktəblərə və digər mülki obyektlərə sığınıblar. Lakin bu binalar da tez-tez işğalçı İsrailin hava hücumlarına məruz qalır.
AzPolitika.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.