AZ

Beynəlxalq səyyahlara Laçındakı genişmiqyaslı bərpa işləri barədə məlumat verilib

MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Azərbaycanın azad edilmiş ərazilərinə səfəri çərçivəsində Laçında olub...

"Report"un əməkdaşı xəbər verir ki, qonaqlar şəhəri gəzib və bayraq meydanında olublar.

Nümayəndə heyətinin üzvlərinə Laçında fəal şəkildə aparılan genişmiqyaslı bərpa işləri haqqında məlumat verilib.

Qonaqlar, həmçinin Laçın şəhərindəki “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər. Burada keramika məmulatlarının hazırlanma prosesi ilə tanış olublar. Səyyahlar Azərbaycanın tətbiqi sənətinə maraq göstəriblər və mərkəzdə təqdim olunan işləri yüksək qiymətləndiriblər.

Poliqon.info 

Seçilən
24
poliqon.info

1Mənbələr