AZ

Energetika naziri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla Gürcüstanın iqtisadiyyat vədavamlı inkişaf naziri Mariam Kvrivişvili arasında görüş olub.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdəqardaşlıq, tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin mövcudolduğu bildirilib. Dövlət başçıları arasındakı möhkəm münasibətlər,güclü iqtisadi əlaqələr və strateji enerji tərəfdaşlığınınikitərəfli və regional əməkdaşlığın inkişafında əsas amil olduğuvurğulanıb.

Bildirilib ki, neft - qaz sahəsində əməkdaşlıq artıq realnəticələr verir. Bu ilin ilk 5 ayında Gürcüstana 1,6 milyardkubmetr qaz tədarükü təmin olunub. Həmçinin elektrik enerjisininixracı, tranziti, Gürcüstanla birgə Qara dəniz sualtı kabeli vəquru xətti ilə Avropa ölkələrinə enerji tədarükü üzrə yaşıl enerjidəhlizi və interkonnektor layihələrinin icrası ilə bağlımüzakirələr aparılıb. Xüsusilə “Xəzər-Qara dəniz-Avropa YaşılEnerji Dəhlizi”nin hər iki ölkə üçün strateji əhəmiyyətivurğulanaraq, layihə əməkdaşlığın dərinləşdirilməsində mühümmərhələ kimi dəyərləndirilib. Söhbət zamanı “Yaşıl Enerji Dəhlizi”və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorlayihələrində irəliləyişləri təmin edəcək birgə tədbirlərə diqqətyetirilib, koordinasiyalı fəaliyyətin intensivləşdirilməsirazılaşdırılıb.

Azərbaycan Gürcüstanda 2025-ci il oktyabrın 23-də keçiriləcəkİpək Yolu Forumuna dəvət edilib.

Məqalədə:
Seçilən
40
1
az.trend.az

4Mənbələr