ain.az bildirir, Gununsesi portalına istinadən.
Masallıda Viləşçay Su Anbarından Cəlilabada çəkilən magistral su kəmərində qəza baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Masallı rayonunun Güllütəpə kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb su kəmərinin keçdiyi ərazidəki taxıl zəmisinin yandırılması olub. Yanğın nəticəsində plastik su boru xətti sıradan çıxıb.
Hazırda ərazidə su axınının qarşısını almaq və təmir işlərinə başlamaq üçün müvafiq qurumlar tərəfindən tədbirlər görülür.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.