AZ

İtaliyada meşə yanğınları ilə mübarizə davam edir

İtaliyada meşə yanğınları ilə mübarizə aparılır.

AZƏRTAC xəbər verir ki, Siciliya, Sardiniya, Toskana, Latsio, Apuliya və Kampaniya regionları daxil olmaqla, ölkənin bir çox bölgələrini yanğınlar bürüyüb.

Sardiniya adasının qərbindəki Olbia və Sassari şəhərləri arasındakı Trambukkone bölgəsində böyük meşə yanğını baş verib. Olbia aeroportunda hava məkanı müvəqqəti olaraq bağlanıb. Bu da reyslərdə gecikmələrə səbəb olub, bəzi aviareyslər isə Kalyari, Alqero və Roma hava limanlarına yönəldilib. Yanğının söndürülməsi üçün təyyarə və helikopterlərdən də istifadə olunur.

Ölkənin cənub-şərqindəki Otrantoda baş verən yanğın güclü külək səbəbindən genişlənərək 150 hektar sahəni əhatə edib.

Rəsmilər yanğınların başvermə ehtimalını nəzərdən keçirirlər. Bildirilib ki, Matera əyalətinin Metaponto di Bernalda şəhəri yaxınlığında bu yaxınlarda baş verən yanğınlar qəsdən törədilə bilər. Bununla bağlı araşdırma başlayıb.

Seçilən
13
1
yeniazerbaycan.com

2Mənbələr