AZ

"Velosiped hər kəs üçün!" layihəsinin açılış mərasimi keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə Kiçik Qrant Müsabiqəsi çərçivəsində "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Velosiped hər kəs üçün!" layihəsinin açılış mərasimi keçiriləcəkdir.

QHT.az xəbər verir ki, bu layihənin əsas məqsədi, əlilliyi olan şəxslərin, yaşlıların və velosipeddən çəkinən fərdlərin sosial inteqrasiyasına dəstək olmaq, onların sağlam və təhlükəsiz həyat tərzini təşviq etməkdir. Həmçinin, layihə çərçivəsində Bakı şəhərində ödənişsiz və inklüziv velosiped sürüşü imkanları yaradılacaqdır.

Açılış mərasimi tədbiri 13 iyul 2025-ci il tarixində saat 15:00-da, Bakı şəhəri Respublika Velotreki ərazisində keçiriləcəkdir.

Gəlin, birgə sağlam cəmiyyətin formalaşmasına dəstək olaq! Hər kəsin iştirakını gözləyirik!

Seçilən
10
3
turkustan.az

4Mənbələr