Karyerasının ən yaxşı mövsümlərindən birini keçirən, ''Liverpul'' ilə premyer-liqanı qazanan və klubu ilə yeni müqavilə imzalayan Məhəmməd Salah bu yay tətilini Bodrumda keçirdi.
Onun iyunun sonlarında Bodrumda bir məkanda dostları ilə yemək yeməsi və çıxışda 60 min lirə (1280 avro) hesab ödəməsi diqqət çəkmişdi. Misirli superulduz həmin vaxt tanınmamaq üçün şlyapa və eynək taxsa da, türkiyəli paparatsilərin gözündən qaça bilməmişdi.
Bu arada Salahın Bodrum ziyarətinin fərqli detalları da məlum olub. O, iş adamı Ahmet Karaçölün xüsusi dəvəti ilə Bodruma gəlibmiş. Turizm sektorunda bir çox sərmayələri olan Karaçöl Salahı Bodrumun ən mühüm və gözəl yerləri ilə tanış edib.
Ünlü futbolçunun bir həftə ərzində Bodrumun bir çox kəndlərini gəzdiyi, buranın təbiətinə və xüsusilə də dənizinə heyran qaldığı məlum olub. O, Karaçölün şəxsi gəmisi sayəsində hər günü bir fərqli kənddə və məkanda keçiribmiş. Salahın Bodrum ziyarətində təkcə tətil ilə kifayətlənmədiyi, eyni zamanda bu əraziyə mühüm bir sərmayə yatırdığı üzə çıxıb.
Belə ki, 33 yaşlı ulduz Bodrumun Gündoğan kəndində dəyəri 400 milyon lirə, yəni təxminən 10 milyon dollar olan bir villa satın alıb!
İkimərtəbəli villada möhtəşəm dəniz mənzərəsindən başqa xüsusi hovuz, günəşlənmə terası, türk hamamı, sauna, spa, fitness və sinema salonu, kitabxana, eləcə də qonaqlar üçün xüsusi məkana sahibdi. Salahın Bodrumdan villa alması bu zonanın füsunkar gözəlliyinin artıq Türkiyə hüdudlarını aşdığını göstərir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta