AZ

Liverpul Dioqo Jotanın xatirəsinə 20 nömrəli formanı əbədiləşdirib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Liverpul" avtoqəzada dünyasını dəyişən Dioqo Jotanın xatirəsinə 20 nömrəli formanı əbədiləşdirib.

İdman.biz xəbər verir ki, bununla bağlı klubun rəsmi saytında açıqlama yayılıb.

Açıqlamada portuqaliyalı futbolçunun geyindiyi 20 nömrəli formanın qadın komandası və akademiyada daxil olmaqla heç bir futbolçuya verilməyəcəyi bildirilib: "Bu, onun qürur və şərəflə geyindiyi və bizi saysız-hesabsız qələbələrə aparan nömrə idi. Dioqo Jota əbədi olaraq "Liverpul" 20 nömrəsi olacaq. Həyat yoldaşı Rute və ailəsi ilə məsləhətləşdikdən sonra klub qadın komandası akademiya da daxil olmaqla bütün səviyyələrdə Dioqonun şərəfinə və xatirəsinə bu nömrəni əbədiləşdirib".

Qeyd edək ki, 28 yaşlı futbolçu 2020-ci ilin sentyabrında "Vulverhempton"dan "Liverpul"a keçmişdi. Bu müddət ərzində o, bütün yarışlarda 182 oyun keçirib, 65 qol vurub və 26 məhsuldar ötürmə etmişdi. Dioqo iki dəfə İngiltərə çempionu titulunu qazanmışdı.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr