AZ

KİV: İran son müharibə zamanı ABŞ-nin Qətərdəki radiolokasiya stansiyasını məhv edib

BAKI. 12 iyul. TELEQRAF

İran nüvə obyektlərinə hücuma cavab olaraq ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına endirdiyi raket zərbələri nəticəsində Pentaqona məxsus W və ya X diapazonlu radiolokasiya stansiyasını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Pars Today” agentliyi peyk məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, bu cür radarlar erkən xəbərdarlıq sistemi çərçivəsində ballistik və qanadlı raketlərin aşkarlanması üçün istifadə olunur.

Peyk məlumatlarına görə, bu sistemin radioşəffaf günbəzi və anteni məhv edilib.

Qeyd edək ki, bu terminalın Əl-Udeyd bazasında quraşdırılması ABŞ-yə 15 milyon dollara başa gəlib. O, regiondakı CENTCOM komandanlığı, ABŞ və dünyadakı digər qüvvələr arasında səs, video və məlumatların təhlükəsiz ötürülməsini təmin edirdi.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp və Qətər tərəfi bazanın zərər görmədiyini iddia edən bəyanatlarla çıxış ediblər.

İran rəsmiləri isə atılan 14 raketdən 6-sının hədəfə çatdığını bəyan etmişdi.

Seçilən
126
teleqraf.com

1Mənbələr