Amerikalı aktyor Corc Kluninin Fransadakı malikanəsində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fransanın "BFMTV" nəşri məlumat yayıb.
"Cümə günü, iyulun 11-də amerikalı aktyor Corc Kluninin Briqnolesdə yerləşən mülkündə yanğın baş verib", - məlumatda deyilir.
Yanğının təxminən 300 kvadratmetr sahəni əhatə etdiyi bildirilir.
Yanğınsöndürənlərin çevik tədbirləri nəticəsində bir saat ərzində yanğın tamamilə söndürülüb.