ain.az, Gununsesi portalına istinadən məlumat verir.
ABŞ-nin Arizona ştatında həkimlər pnevmonik vəbadan xəstə ölümünü qeydə alıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Kokonino dairəsinin Səhiyyə Departamenti feysbukda məlumat yayıb.
Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rayonda bu xəstəlikdən ilk ölüm hadisəsidir. Ölənin kimliyi barədə məlumat verilmir.
Pnevmonik vəba bu xəstəliyin ən ağır və ən az yayılmış formasıdır, tənəffüs sisteminin zədələnməsi ilə müşayiət olunur.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.