Ukrayna öz ərazisində silah istehsalını artırmaq üçün tərəfdaşlarla işləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Artıq yaxşı razılaşmalar var. Biz daha çox razılaşmalar gözləyirik, yaxın həftələrdə bunun üçün çalışacağıq. Hər bir razılaşmanı mümkün qədər tez həyata keçirmək vacibdir ki, həqiqətən də daha çox qüvvə, daha çox resurs, daha çox hava hücumundan müdafiə sistemi olduğu hiss edilsin. Bu, əsas prioritetdir", - deyə dövlət başçısı xalqa axşam videomüraciətində vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna Avropa müttəfiqlərindən və Amerika Birləşmiş Ştatlarından “yaxşı siqnallar” alıb və silah tədarükü artıq bərpa olunub
V.Zelenski onu da bildirib ki, gələn həftə Kiyev ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla işi davam etdirəcək.