AZ

“Atletiko”nun sabiq futbolçusu “Turan Tovuz”da - RƏSMİ

Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” yeni futbolçu transfer edib.

Apasport.az xəbər verir ki, komanda heyətini Roberto Olabe ilə gücləndirib.

İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.

Qeyd edək ki, 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

Elmar Baxşıyev: "Səhvlər, çatışmazlıqlar olur"

Sabiq "Fənərli" Super Liqaya qayıtdı

“Araz-Naxçıvan” “Alanyaspor”la heç-heçə edib - YENİLƏNİB

Konfrans Liqası: “Zirə” - "Hayduk” oyununun hakimləri bəlli olub

Azərbaycan I Liqasının başlama tarixi bəlli olub

Seçilən
2
21
apasport.az

10Mənbələr