AZ

Sumqayıtda kişi öldürüldü, qızı bıçaqlandı - Kürəkən tutuldu

Sumqayıtda 55 yaşlı kişi qətlə yetirilib.

 

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqla qətlə yetirilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, A.Bağıyevin kürəkəni Nurullah Mərdanov saxlanılıb.

 

Məlumata görə, N.Mərdanov qayınatasını qətlə yetirməzdən əvvəl həyat yoldaşını da bıçaqlayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Oxu.az

Tarix: 12 İyul 2025, 09:36   
Seçilən
1
2
pravda.az

3Mənbələr