Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində iyulun 11-də Laçında olublar.
Onlar "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunu, “Yurd qalareyası”nı, “Gilabi Ceramics” mərkəzini ziyarət ediblər.
Sonra ilk dəfə Laçın şəhərinin poçt mərkəzindən xaricə məktub göndərilib. Səyyah Devid Cozef Langan tərəfindən İrlandiyanın Dublin şəhərinə məktub ünvanlanıb.
Xatırladaq ki, İyulun 10-dan başlayan üçgünlük səfər çərçivəsində səyyahlar Füzuli–Xocavənd–Şuşa–Xankəndi–Xocalı–Ağdam–Kəlbəcər–Laçın–Zəngilan–Cəbrayıl marşrutu üzrə hərəkət edirlər. On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.