AZ

İyunda yeni tikililərdə qiymətlər bahalaşıb

BAKI, 12 iyul. TELEQRAF

İyun ayında yeni tikililər üzrə qiymət artımı ən çox Nərimanov rayonunda qeydə alınıb.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, may ayı ilə müqayisədə iyunda Nərimanov rayonunda yeni tikililərdə mənzillərin dəyəri 4 faiz bahalaşıb.

Bazarın bu seqmenti üzrə Nəsimi rayonunda qiymət artımı 3,2, Səbail rayonu üzrə isə 3,1 faiz təşkil edib.

Vüqar Orucqeyd etdi ki, illik müqayisədə yeni tikililərdə ən çox bahalaşma Yasamal rayonunda qeydə alınıb. Bu ərazidə yeni binalarda evlər 26 faiz artıb.

Seçilən
2
teleqraf.com

1Mənbələr