AZ

Nazirlik 850 milyon manatla bağlı qərar verdi: 28 günlük...

İyulun 11-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracları təşkil edilib.

Hərracların nəticələrinə əsasən ümumilikdə 850 milyon manat məbləğində xəzinə vəsaitinin banklarda yerləşdirilməsi təmin edilib.

"Cebheinfo.az" nazirliyə istinadən xəbər verir ki, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankda 28 gün müddətinə, 7,25% orta çəkili faiz dərəcəsi ilə 350,0 milyon manat məbləğində vəsait depozitə yerləşdirilib.

Digər hərrac üzrə təklif təqdim edən dörd bankda isə 90 gün müddətinə, eyni – 7,25% orta çəkili faiz dərəcəsi ilə 500,0 milyon manat məbləğində xəzinə vəsaiti depozitə yerləşdirilib. 

Depozitlərin yerləşdirildiyi banklar bunlardır: Azərbaycan Beynəlxalq Bankı (ABB), “Kapital Bank”, “Paşa Bank” “Xalq Bank”, “Bank Respublika” və “Unibank”.

"Cebheinfo.az" 

Seçilən
3
8
cebheinfo.az

10Mənbələr