AZ

ABŞ-da taundan ölüm qeydə alınıb

Bakı. Trend:

ABŞ-da son səkkiz ildə ilk dəfə olaraq bubon taunundan ölümqeydə alınıb.

Bu barədə TrendABŞ KİV-ə istinadən xəbər verir.

Zərərçəkən Arizonanın Kokonino dairəsinin sakinidir vəxəstəxanaya müraciət etdiyi gün dünyasını dəyişib.

“Edilən bütün müdaxilələlərə rəğmən xəstəni həyata qaytarmaqmümkün olmayıb”, -deyə Şimali Arizona Səhiyyə qurumunun bəyanatındadeyilir.

Vəfat edən şəxs pnevmonik tauna yoluxmuş ölü heyvanla təmasdaolub, bu isə kəskin ağciyər infeksiyasına səbəb olur.

Bununla belə agentlik bildirib ki, bu ölüm hadisəsinin Flagstaffşəhərinin şimal-şərqində yerləşən Townsend Winona ərazisində birneçə gün əvvəl baş vermiş çöl itləri arasında kütləvi ölüm hadisəsiilə heç bir əlaqəsi yoxdur.

Qara ölüm və ya bubon taunu adlandırılan xəstəlik “Yersiniapestis” hərəkətsiz, sporsuz kokkobasilli bakteriya vasitəsiləkeçən,orta əsrlərə aid olan yoluxucu xəstəlikdir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatınaəsasən, insanlarda bubonik taun halları nadir təsadüf olunur.İnsanlardan insana tənəffüs damcıları ilə yoluxma riski isəxüsusilə aşağıdır – sonuncu belə yoluxma halı 1921-ci ildə qeydəalınıb.

Qeyd edək ki, xəstəlik 1346–1353-cü illər arasında başlıcaolaraq Avropada təxminən 50 milyon insanın ölümünə səbəb olub.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr