Tovuzda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakues.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən rayonun Çatax kənd sakini 1986-cı il təvəllüdlü Q.Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.