AZ

İran ABŞ radarlarını məhv edib - Peyk görüntüləri

İran Qətərdəki Əl-Udeid aviabazasında ABŞ ordusuna məxsus W və ya X diapazonlu radarı məhv edib.

Yenisabah.az pars today-a istinadla xəbər verir ki, bunu peyk görüntüləri təsdiqləyir.

Radarlar erkən xəbərdarlıq sisteminin bir hissəsi kimi ballistik və qanadlı raketləri aşkar etmək üçün istifadə olunur. Dominos pizza

Bu məlumatlar bazanın zədələnmədiyini iddia edən ABŞ və Qətərin əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir.

Əl-Udeid terminalının quraşdırılması 15 milyon ABŞ dollarına başa gəlib. O, bölgədəki CENTCOM komandanlığı, ABŞ və dünyanın digər qüvvələri arasında təhlükəsiz səs, video və məlumat rabitəsini təmin edir.

Peyk məlumatlarına görə, sistemin radioşəffaf günbəzi və antenası məhv edilib. Tramp əvvəllər bütün İran raketlərinin ələ keçirildiyini və onlardan birinin təhlükəsiz bölgəyə düşdüyünü bildirib.

İran rəsmiləri atılan 14 raketdən altısının ABŞ-ın Qətərdəki bazasını vurduğunu rəsmən bəyan edib.


Telegram kanalımız
Seçilən
353
50
yenisabah.az

10Mənbələr