AZ

Səyyahlar Cəbrayıl rayonunun Mehdili kəndinə gəliblər (FOTO)

Cəbrayıl. Trend:

Dünya şöhrətli səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfəriçərçivəsində Cəbrayıl rayonunun Mehdili kəndinə gəliblər.

Trend-in yerli müxbiri xəbər verir ki, səyyahlar kəndərazisində mina təmizləmə əməliyyatı ilə tanış olurlar.

ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri QadirNamazəliyev qrup üzvlərinə məlumat verib ki, Cəbrayıl rayonuMehdili kəndi ərazisində yerləşən Mehdili/006/05 mina sahəsində 171iş günüdür təmizləmə əməliyyatı aparılır və minalı sahə 83 min 111kvadratmetrdir. “Bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb. Ərazidətapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib.Ərazidə aşkarlanan minaların 922 ədədi piyada əleyhinə minalardırvə Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olanminalardır ki, bunlar Rusiya istehsalıdır.

Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “blacktourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərininnümayişi üçün böyük imkan yaradır. Qeyd edək ki, son 4 il ərzindədünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağvə Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilər səfər edib.

Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Səyyahlar
Məqalədə:
Seçilən
13
4
az.trend.az

5Mənbələr