AZ

Qayınta öldürüldü, kürəkən tutuldu

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıtda 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun şəhərin 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Marqarita pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Seçilən
10
19
yenisabah.az

10Mənbələr