AZ

“Telegram”ın qurucusu Fransanı söz azadlığını təqibdə ittiham edir

“Telegram” messencerinin qurucusu Pavel Durov Fransa hakimiyyətini söz azadlığına və texnoloji tərəqqiyə qarşı səlib yürüşündə ittiham edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

İş adamı bunun Fransaya onilliklər ərzində iqtisadi ziyan vuracağını bildirib. Onun fikrincə, internet şirkətlərinin tənzimlənməsi üzrə aydın qaydalar əvəzinə cinayət işlərindən istifadə investisiyaları qorxudacaq.

Daha əvvəl məlum olub ki, Durov iyulun 10-dan etibarən Fransadan kənara çıxa bilər. Lakin Durovun yollana biləcəyi yerlərin siyahısı məhduddur – ona qohumlarının yaşadığı və “Telegram” ofislərinin yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) getməyə icazə verilir. Onun Fransadan kənarda qalma müddəti də məhduddur – o, Dubayda cəmi 14 gün qala biləcək.

Seçilən
3
2
editor.az

3Mənbələr