AZ

“Mood’s” SOCAR-ın gəlirlilik səviyyəsinin 2025-2026-cı illərdə sabit qalacağını gözləyir

Bakı. Trend:

“Mood’s” reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin(SOCAR) gəlirlilik səviyyəsinin 2025-2026-cı illərdə sabitqalacağını proqnozlaşdırır.

Trend xəbər verirki, bu barədə “Mood’s” reytinq agentliyi məlumat yayıb.

Agentliyə görə, SOCAR üçün makroiqtisadi mühit yaxşılaşıb, digəryandan hökümətin zərurət yarandıqda şirkətə dəstək göstərməsi üçünmaliyyə potensialı güclənib ki, bu da şirkətin kredit reytinqi üçünmüsbət faktor hesab olunur.

"Brent markalı neftin orta qiymətinin 2022-ci ildəki 101 ABŞdolları səviyyəsindən 2023–2024-cü illərdə 81–83 dollara qədərenməsi fonunda SOCAR-ın maliyyə göstəriciləri əvvəlki rekordsəviyyə ilə müqayisədə zəifləsə də, ümumilikdə dayanıqlı olaraqqalır. Moody's tərəfindən düzəliş edilmiş EBITDA marjası 2023-cüildə 9,1%, 2024-cü ildə isə 10,1% təşkil edib. Müqayisə üçün, bugöstərici 2022-ci ildə 11,8%, 2021-ci ildə 8,7%, 2020-ci ildə isə6,2% idi. SOCAR eyni zamanda sabit əməliyyat pul axını, ortasəviyyəli kapital xərcləri və məhdud dividendlər sayəsində ardıcıldördüncü ildir ki, müsbət azad pul axını (FCF) generasiya edir.Şirkətin gəlirliliyinin və pul axınıın 2025–2026-cı illərdə dəsabit qalacağını gözləyirik", – deyə Moody’s-in bəyanatındabildirilir.

Şirkətin ümumi borc yükü (gross leverage) 2022-ci ildəki 1,5xgöstəricisindən 2023-cü ildə 2,4x-ə, 2024-cü ildə isə 2,9x-əyüksəlib. Lakin bu göstərici 2021-ci ildəki 3,4x və 2018–2020-cüillərdəki orta 5,2x səviyyəsindən aşağıdır. 2024-cü ildə borcyükünün artması, “Southern Gas Corridor” CJSC (SGC, Baa3 reytinq,müsbət proqnoz) şirkətinin konsolidasiyası ilə bağlıdır. Belə ki,həmin ilin maliyyə hesabatına SGC-nin bütün borcu və demək olar ki,bütün gəliri daxil edilib.

"2025-ci ildə neftin bir barelinin 67 ABŞ dolları, 2026-cı ildəisə 65 dollar olacağı proqnozu ilə ümumi borc yükünün növbəti 18 ayərzində 3,0x-dən aşağı səviyyədə qalacağı gözlənilir. Azad pulaxınının xalis borca nisbəti (RCF/net debt) də 2025–2026-cı illərdətəxminən 30% səviyyəsində sağlam göstəricisini qoruyub saxlayaca,hərçənd, əvvəlki illərlə müqayisədə bir qədər aşağı olacaq.Nəhayət, balans hesabatında borcun kapitala nisbəti tədricənyaxşılaşaraq 2026-cı ildə təxminən 25%-ə çatacaq. Bu göstərici2022–2024-cü illərdə 35%, 2019–2021-ci illərdə isə 40%-dən çoxolub", – reytinq agentliyi qeyd edib.

Məqalədə:
Seçilən
4
2
az.trend.az

3Mənbələr