"Mən Pantomim teatrının yaradıcısıyam. Bu teatrın adı gələndə mən yada düşürəm. Hazırda işsizəm".
Yenisabah.az azxeber.com-a istinadla xəbər verir ki, bunu Pantomim Teatrının sabiq direktoru, Əməkdar artist Elman Rəfiyev deyib.
O, vəzifəsindən 6 ay çıxdığını bildirib: "2 gündür telefonlarım susmur, eşidən hər kəs zəng edir. İlk və son dəfə bu haqda danışacağam. Bu istefa 6 ay öncə baş verib, sadəcə sizə məlumat gec çatıb. Bunun səbəbini isə birbaşa Mədəniyyət Nazirliyindən soruşmaq lazımdır. Onların bu barədə açıqlama verməməsinin səbəbi nədir, bilmirəm. Mənim yerimə təyinat da olub". pizza
Aktyor teatrda çalışması üçün ona heç bir şərait yaradılmadığını qeyd edib:
"Rəhbərlikdən istefa versəm də, aktyor kimi çalışmağıma belə heç bir şərait yaratmadılar. Mən Pantomim teatrının yaradıcısıyam. Bu teatrın adı gələndə mən yada düşürəm. Hazırda işsizəm. Aktyor hər yerdə çalışa bilər, sadəcə gərək təklif gəlsin.
Kiminsə qapısında oturub iş istəyən deyiləm, heç vaxt da belə biri olmamışam. İndidən sonra da bunu etməyəcəyəm. Hazırda Dövlət Televisiyasında "Fatehlərin divanı" televiziya tamaşasında həm aktyorlar üzrə rejissoram, həm də rol alıram.
İncəsənət aləminin mənə ehtiyacı var, amma verilən qiymət çox dəyərsizdir və mən tək deyiləm. Dəstəmiz çox böyükdür. Bu, acı reallıqdır".
Telegram kanalımız